İranda “Kiş İnvex-2016” adlı iqtisadi forum keçirilir.
APA-nın Tehran bürosunun məlumatına görə, Kiş adasında keçirilən forumda İranın yatırım imkanları tanıtdırılıb, eləcə də birja, bank, sığorta və özəlləşdirmə üzrə beynəlxalq sərgi təşkil olunub.
“Kiş İnvex -2016” iqtisadi forumunda İran şirkətləri ilə yanaşı İtaliya, Hindistan, İsveçrə, Gürcüstan, Türkiyə, Fransa, BƏƏ, Malayziya, Almaniya və Böyük Britaniya şirkətləri iştirak edir.
Forumun sərgi bölümündə 180 şirkət iştirak edir.