Gələn il İranda və Azərbaycanda qarışılıqlı mədəniyyət günləri keçiriləcək

Gələn il İranda və Azərbaycanda qarışılıqlı mədəniyyət günləri keçiriləcək
# 19 noyabr 2016 08:40 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüb.

Mədəniyyət bə Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Əbülfəs Qarayev Azərbaycanla İran İslam Respublikası arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Qeyd edib ki, iki ölkə arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin daha da inkişaf etdirilməsinə müsbət təsir göstərir: “Ölkələrimiz arasında münasibətlər qədim tarixə dayanır. Hər iki ölkə ortaq mədəni dəyərləri paylaşır. Düşünürəm ki, bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var”.

Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı üçün həyata keçirilən işlər haqqında məlumat verib. O əlavə edib ki, yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.

Nazir 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin də keçiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR