Yevlax və Ağdaşda sahələrin təsərrüfat suyu ilə təchizatı yaxşılaşdırılır

Yevlax və Ağdaşda sahələrin təsərrüfat suyu ilə təchizatı yaxşılaşdırılır
# 29 noyabr 2016 11:22 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi Ağdaş və Yevlax rayonlarında 75 min hektaradək sahədə təsərrüfatların suya olan tələbatının ödənilməsini yaxsılaşdırmaq məqsədilə suvarma-drenaj infrastrukturunun təmir-bərpası işlərinə start verib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, Nazirliyin Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi çərçivəsində həyata keçirdiyi təmir-bərpa işləri Yevlax rayonunda yaxın günlərdə başlayacaq. Kənd infrastrukturunun inkişafı və sudan istifadə edənlər birliklərinə dəstək məqsədi ilə həyata keçirilən layihə nəticəsində Yevlax rayonunun Ərəş, Havarlı, Aydınlıq, Altunsu, Qaraməmmədli, Qoyunbinəsi, Qarabağ, Zəm-zəm və Salahlı ərazisində suvarma-drenaj infrastrukturu təmir və bərpa ediləcək.

Təsərrüfatların təsərrüfat suyunu vaxtında və qənaətlə əldə etməsi istehsal edilən məhsullar üzrə orta məhsuldarlıq göstəricilərinin artmasına səbəb olacaq. Analoji işlər Ağdaş rayonunun Ləki, Ərəbocaq, Ağzıbir, Abad, Şəmsəbad, Kükəl, Mürsəl və Nemətabad ərazisində də aparılacaq.

Layihə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihə və Kreditlərinin İdarə edilməsi Xidməti tərəfindən icra edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR