Azərbaycanda tanınmış idmançı həbs edilib

Azərbaycanda tanınmış idmançı həbs edilib
# 30 noyabr 2016 17:57 (UTC +04:00)

Azərbaycanda tanınmış idmançı həbs edilib. APA-nın "lent.az"a istinadən verdiyi xəbərə görə, K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb.

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur.

Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ceyhun Yusifov bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR