Həsən Ruhani İran-Azərbaycan əlaqələrinin inkişafına dair yol xəritəsi hazırlamağı tapşırıb - YENİLƏNİB

Həsən Ruhani İran-Azərbaycan əlaqələrinin inkişafına dair yol xəritəsi hazırlamağı tapşırıb - <span style="color: red;">YENİLƏNİB
# 27 dekabr 2016 11:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, 2016-cı ilin Azərbaycan-İran əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlət başçısı bu il ərzində baş tutan görüşlərə toxunaraq İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə çox səmərəli görüşün keçirildiyini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında bu il, həmçinin önəmli sənədlərin imzalandığını və onların artıq icra edildiyini deyib. 2017-ci ilin də uğurlu olacağına, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə və mühüm əhəmiyyət daşıyan layihələrin icra olunacağına əminliyini ifadə edən dövlət başçısı əlaqələrimizin genişləndirilməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının ilk reysinin yola salınacağını əlamətdar hadisə kimi dəyərləndirən prezident İlham Əliyev dəmir yolunun fəaliyyətinə uğurlar arzulayıb.

M. Vaezi isə ad günü münasibətilə Azərbaycanın dövlət başçısını təbrik edib. O, eyni zamanda, Yeni il bayramı münasibətilə də prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırıb. M. Vaezi ona İran prezidentinin hökumətlərarası birgə komissiyanın iclası çərçivəsində prezident İlham Əliyevin tövsiyələrinin yerinə yetirilməsi və 2017-ci ildə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı yol xəritəsinin hazırlanmasına dair tapşırıqlar verdiyini bildirib.

Görüşdə 2016-cı ildə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən ticarət mübadiləsinin artımı, investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin regionları arasında əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olunub, Neftçalada avtomobil zavodunun inşasının uğurla davam etdirilməsi və yaxın vaxtlarda Pirallahıda birgə dərman istehsalı zavodunun təməlqoyma mərasiminin keçiriləcəyi iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirilib.

Söhbət zamanı Naxçıvanda keçiriləcək Azərbaycan-İran biznes-forumunun önəmi vurğulanaraq forumun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

*** 10.33

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 27-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR