“Feyenord”un futbolçusu Azərbaycan millisində oynayacaq

“Feyenord”un futbolçusu Azərbaycan millisində oynayacaq
# 30 dekabr 2016 09:17 (UTC +04:00)

“Feyenord”un gənc futbolçusu Özancan Kökcü Azərbaycan millisinin formasını geyinəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Xəbərdə bildirilir ki, hazırda “Feyenord”un U-19 və U-21 yığmalarında çıxış edən futbolçu əvvəlcə Türkiyə Futbol Federasiyasından dəvət gözləyib. Onun Türkiyə yığmasına çağırılmadığını görən AFFA isə oyunçunun klubuna rəsmi dəvət məktubu göndərib.

Yanvarın 7-də yığmamızın Antalyadakı təlim-məşq toplanışına çağırılan Kökcü bunu artıq qəbul edib.

“Feyenord”la müqavilə müddəti mövsümün sonuna qədər olan Özancan Kökcü klubunu da dəyişməyə hazırlaşır. Belə ki, yarımmüdafiəçinin menecerinə “Mançester Siti”dən dünən təklif gəlib. Ancaq Hollandiya təmsilçisi də onunla yeni anlaşmada israrlıdı.

Həmçinin mövsümün sonunda “Latsio” da bu oyunçuya təklif göndərmək niyyətindədi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR