Taekvondoçularımız Türkiyədə daha 2 medal qazandılar

Taekvondoçularımız Türkiyədə daha 2 medal qazandılar
# 14 fevral 2017 08:04 (UTC +04:00)

Antalyada keçirilən taekvondo üzrə G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə böyüklərin mübarizəsinə start verilib.

Yeniyetmə və gənclərin yarışında 7 (1 qızıl, 3 gümüş, 3 bürünc) medal qazanan Azərbaycan yığması mükafatlarının sayını bir qədər də artırıb. Belə ki, baş məşqçi Reza Mehmandostun yetirmələrindən Mikayıl Əliyev (54 kq) yarışın bürünc medalına layiq görülüb. 68 kq çəki dərəcəsində mübarizə aparan Sina Bəhrami isə qarşısıalınmaz olub. Bütün görüşlərini qələbə ilə başa çatdıran təmsilçimiz “Turkish Open”in qalibi adına yiyələnib.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR