Lütfü Məmmədbəyovun xatirə tədbiri keçiriləcək

Lütfü Məmmədbəyovun xatirə tədbiri keçiriləcək
# 20 fevral 2017 12:51 (UTC +04:00)

Fevralın 23-də saat 15:00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Lütfü Məmmədbəyovun 90 illik yubileyinə həsr olunan xatirə tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.

Xatirə tədbirində L. Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Məhərrəm Bədirzadə onunla bağlı xatirələrini bölüşəcəklər. Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə baş tutacaq anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Qeyd edək ki, Azərbaycan kinosunun və teatrının inkişafında böyük xidmətləri olan Lütfü Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub.

Lütfü Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR