Avropa Komissiyası Yeni Asiya-Avropa nəqliyyat dəhlizi layihəsinə dəstək verə bilər - YENİLƏNİB

Avropa Komissiyası Yeni Asiya-Avropa nəqliyyat dəhlizi layihəsinə dəstək verə bilər - <span style="color: red;">YENİLƏNİB
# 23 fevral 2017 09:54 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

APA-nın məlumatına görə, söhbət zamanı Azərbaycan prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin cari il ərzində dörd dəfə görüşdüyü xüsusi vurğulanıb, Cənub Qaz Dəhlizinin tikintisi, bu sahədə əldə olunan nailiyyətlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan ilə Avropa Komissiyası arasında enerji məsələləri ilə yanaşı, nəqliyyat dəhlizləri, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolundan istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Yeni Asiya-Avropa nəqliyyat dəhlizindən istifadə imkanlarından danışan Maroş Şefçoviç Avropa şirkətlərinin bu layihəyə cəlb olunmasının və bu məsələdə Avropa Komissiyasının mümkün dəstəyinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu məsələdə Avropa İttifaqının təcrübəsindən istifadə edilməsinin mümkünlüyü qeyd olunub.

*** 12.07

Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR