Silahlı Qüvvələrdə Xocalı soyqırımının ildönümü anılıb

Silahlı Qüvvələrdə Xocalı soyqırımının ildönümü anılıb
# 26 fevral 2017 10:59 (UTC +04:00)

Xocalı soyqırımının 25-ci ildönümü Azərbaycan Silahlı Qüvvələrində keçirilən silsilə tədbirlərdə anılıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Təsdiq edilmiş plana əsasən, tədbirlər bir sıra şəhər və rayonları, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrini, mərkəzi və qarnizon zabitlər evlərini, klub və kitabxanaları əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR