"Petkim"in səhmləri 5 aylıq maksimumu yeniləyib

"Petkim"in səhmləri 5 aylıq maksimumu yeniləyib
# 03 mart 2017 11:33 (UTC +04:00)

Maliyyə hesabatını açıqladıqdan sonra "Petkim Petrokimya Holding A.Ş."-nin səhmlərinin nominal dəyəri kəskin artaraq 5 aylıq maksimumu yeniləyib. "APA-Economics" xəbər verir ki, bugünkü ticarət sessiyası ərzində şirkətin səhmlərinin nominal dəyəri 2,5% artaraq 4,56 lirə təşkil edib ki, bu da ötən ayın oktyabr ayının 7-dən etibarən ən yüksək göstəricidir.


Səhmlərin kəskin bahalaşmasına səbəb holdinqin ötən il 725,8 mln. lirə mənfəət əldə etməsidir. Belə ki, "Bloobmerg" agentliyinin sorğusunda iştirak edən 16 analitik "Petkim"in ötən ili 575,1 mln. lirəlik mənfəətlə başa vuracağını proqnozlaşdırıb.

Xatırladaq ki, holdinq 2015-ci ili 626,4 mln. lirəlik mənfəətlə başa vurub.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim"

obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

* 1 TL = 0,4708 AZN

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR