“Mançester Yunayted”in stadionunda şərab satılacaq

“Mançester Yunayted”in stadionunda şərab satılacaq
# 03 mart 2017 21:56 (UTC +04:00)

Bundan sonra “Mançester Yunayted”in ev oyunlarında azarkeşlərə şərab satılacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

Artıq İPL-in 27-ci turunun “Bornmut”la ev oyununda “qırmızı şeytanlar”ın fanatları qırmızı şərabın dadına baxa biləcəklər. 187 qramlıq şüşələrdə satılacaq şərabın qiyməti isə 4.8 funt olacaq.

Bildirilib ki, bu, azarkeşlərin çoxdankı arzusu imiş. Qeyd edək ki, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyusson qırmızı şərab üzrə mütəxəssis kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR