Azərbaycan ötən il elektrik enerjisi ixracını dördqat artırıb

Azərbaycan ötən il elektrik enerjisi ixracını dördqat artırıb
# 09 mart 2017 09:48 (UTC +04:00)

2016-cı ildə Azərbaycan elektrik enerjisinin ixracını 2015-ci illə müqayisədə 3,9 dəfə artıraraq 1 mlrd. 46 mln. kVt/saata çatdırıb. "APA-Economics" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Məlumatda qeyd edilir ki, ötən il Azərbaycandan Rusiyaya elektrik enerjisi ixracı 10,8% artaraq 120,2 mln. kVt/saata çatıb. Hesabat dövründə Gürcüstana 109,5 mln. kVt/saat elektrik enerjisi ixrac olunub ki, bu da bundan öncəki illə müqayisədə 7,6% çoxdur.


2016-cı ildə Azərbaycan Türkiyəyə 813,4 mln. kVt/saat elektrik enerjisi satıb. Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracı olmayıb.

Cənub qonşumuz olan İran ötən il Azərbaycandan elektrik enerjisi idxalını 20,8% artıraraq 2,9 mln. kVt/saata çatdırıb.

Ötən il Azərbaycan 65,9 mln. kVt/saat elektrik enerjisi idxal edib ki, bu da 2015-ci illə müqayisədə 38,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR