Son sutka ərzində Donbasda Ukrayna ordusunun mövqeləri 75 dəfə atəşə tutulub.
APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyi Mariupol istiqamətində ordunun mövqelərinin top və minaatanlardan atəşə tutulduğu barədə məlumat yayıb.
Mariupol istiqamətində döyüşlərdə iki əsgər həyatını itirib.