® “Azercell” 4G MiFi və 3G USB modem kampaniyasına başlayır

<font color=red>® </font> “Azercell” 4G MiFi və 3G USB modem kampaniyasına başlayır
# 15 mart 2017 14:09 (UTC +04:00)

Bu gündən etibarən “Azercell Telekom” MMC öz abunəçiləri üçün yeni 4G MiFi və 3G USB modem kampaniyasına başlayır.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində abunəçilər 4G MiFi və 3G USB modem cihazlarını nağd və ya sərfəli kredit şərtləri ilə əldə edə bilərlər. Bundan əlavə, kampaniya müddətində abunəçilər sərfəli internet paketlərindən də yararlana biləcəklər. Belə ki, abunəçilərə ilk ay bonus internet paketi hədiyyə edilir.

4G MiFi cihazını 60 manat məbləğində ilkin ödəniş edib 10 ay ərzində limitsiz = 30 manat paketi ilə, yaxud birdəfəlik 120 manat ödəniş etməklə əldə etmək mümkündür. Kampaniyaya qoşulduqda abunəçiyə ilk ay limitsiz internet paketi hədiyyə olaraq təqdim olunur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir. Bundan əlavə, MiFi eyni zamanda 10 cihazın internetə qoşulmasına imkan verir.

3G USB modemlərini isə ilkin ödəniş 20 manat və 10 aylıq 10GB = 10 manat internet paketi ilə və ya birdəfəlik 35 manatlıq ödənişlə əldə etmək mümkündür. Kampaniya çərçivəsində modemlə yanaşı abunəçiyə pulsuz nömrə və ilk ay 10 GB internet hədiyyə təqdim olunur. 3G USB modem 21,6 Mb/s-ə qədər internet sürətini təmin edir.

Kampaniyaya qoşulmaq üçün abunəçilər “Azercell” müştəri xidmətləri və ya diler ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər. 4G MiFi cihazlarını yalnız Bakı ərazisində yerləşən satış məntəqələrində əldə etmək mümkündür.

Kampaniya haqqında ətraflı məlumat almaq və təfərrüatları dəqiqləşdirmək üçün www.azercell.com saytına müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR