Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası davam edir.
APA-nın xəbərinə görə, sərəncamla qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa buraxılıb. Məhbusların azadlığa buraxılması mərasimində Ombudsman Elmira Süleymanova, Penitensiar Xidmətin rəisi müavini Hüseyn Əlixanov və digərləri iştirak ediblər.