Yaponiyada xaricilərin sayı 7 faiz artıb

Yaponiyada xaricilərin sayı 7 faiz artıb
# 19 mart 2017 13:10 (UTC +04:00)

Yaponiyada daimi və müvəqqəti qeydiyyatda yaşayan xarici ölkə vətəndaşlarının sayı keçən il 7 faiz artıb və 2,38 milyon nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Yaponiyada ən çox çinlilər, cənubi koreyalılar və filippinlilər yaşayır.

Başqa sözlə, 695 min çinli, 453 min cənubi koreyalı və 243 min filippinli yaşayır. Son dövrlər vyetnamlıların sayı sürətlə artır. Hazırda Yaponiyada 200 min filippinli yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR