Belarus DSX: Martın 19-da Ermənistandan Bolqarıstana uçan təyyarədə radioaktiv yük aşkarlanıb

Belarus DSX: Martın 19-da Ermənistandan Bolqarıstana uçan təyyarədə radioaktiv yük aşkarlanıb
# 20 mart 2017 13:06 (UTC +04:00)

Belarus Dövlət Sərhəd Xidməti Ermənistandan uçan və tranzit olaraq Belarusdan keçən təyyarənin göyərtəsində radioaktiv yük aşkarlandığını təsdiqləyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Belarus Dövlət Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Anton Bıçakovski bildirib ki, Belarus üzərindən tranzit olaraq keçməklə Ermənistandan Bolqarıstana uçan təyyarənin göyərtəsində radioaktiv yük aşkarlanıb.

Qomel aeroportunda təyyarədə axtarış aparılan zaman radioaktiv yük aşkarlanıb. Təyyarə sərnişin təyyarəsi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR