Türkiyənin məşhur aktyoru Bülənt Kayabaş vəfat edib

Türkiyənin məşhur aktyoru Bülənt Kayabaş vəfat edib
# 19 aprel 2017 09:34 (UTC +04:00)

Türkiyənin tanınmış sənətçisi Bülənt Kayabaş 72 yaşında vəfat edib.

APA-nın “Hüriyet"ə istinadən verdiyi məlumata görə, aktyor aprelin 19-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi. Sənətçi aprelin 21-də son mənzilə yola salınacaq.

Bülənt Kayabaş 1945-ci ildə Əskişəhərdə doğulub. 1961-ci ildən şəhər bələdiyyə teatrında işə başlayıb. İndiyədək çoxsaylı film və tamaşalarda müxtəlif obrazlar yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR