Azərbaycanda halal turizmin tətbiqi təklif olunur

Azərbaycanda halal turizmin tətbiqi təklif olunur
# 25 aprel 2017 08:46 (UTC +04:00)

“May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi müsəlman ölkələrindən gözlənilən turist axını Azərbaycanda halal turizm sahəsinin tətbiqini zəruri edir”.

APA-nın məlumatına görə, bunu
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tələblərinə həsr olunan seminarda deyib. O bildirib ki, sözügedən standart halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, otellər, motellər və digər mehmanxana tipli obyektlər üçün "Halal idarəetmə sistemi"ni əhatə edir: “Müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsplərə uyğun olaraq yaşayışı, qidalanması və asudə vaxtlarının səmərəli keçirilməsi üçün standartda bir sıra tələblər öz əksini tapıb. Belə ki, tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu və spa xidmətləri göstərilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR