Bakıda BƏƏ-Azərbaycan biznes tərəfdaşlarının ilk görüşü keçirilib

Bakıda BƏƏ-Azərbaycan biznes tərəfdaşlarının ilk görüşü keçirilib
# 03 may 2017 12:05 (UTC +04:00)

Bakıda BƏƏ-Azərbaycan biznes tərəfdaşlarının ilk görüşü keçirilib.

Bu barədə APA-ya Birləşmiş Ərəb Əmirliklərin Azərbaycandakı səfirliyindən bildirilib. Görüş zamanı BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əlqubbaisi hər iki dövlət başçıların ölkələr arasında siyasi və iqtisadi əlaqələrin inkişafındakı səylərini vurğulayıb. Tədbir iştirakçıları ötən ay Dubayda keçirilən iqtisadiyyat, ticarət və texniki əməkdaşlığa dair birgə hökümətlərarası komissiyasının işini yüksək qiymətləndiib.

Görüşdə AZPROMO-nun prezidenti Rüfət Məmmədov, Dubay və Azərbaycan şirkətlərin rəhbər şəxsləri və nümayəndələri iştirak edib. İştirakçılar birgə sərmayə imkanları, ixrac və idxal məəslələri, qida təhlükəsizliyi, aviaxətlər və s. məsələləri müzakirə edib. Görüş iştirakçılarına “Tərəfdaşlıq sertifikatları” verilib və bu kimi görüşlərin mütəmadi olacağı barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR