Vaşinqtonda Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma olub

Vaşinqtonda Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma olub
# 17 may 2017 04:23 (UTC +04:00)

Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.

Məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir.

Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR