Rusiyadan Azərbaycana narkotik vasitə və külli miqdarda valyuta keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana narkotik vasitə və külli miqdarda valyuta keçirilməsinin qarşısı alınıb
# 19 may 2017 13:26 (UTC +04:00)

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Mersedes Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən 2 ədəd kibrit qutusunda xalis çəkisi 4,378 qram təşkil edən narkotik vasitə-marixuana, 15 ədəd "Belomorkanal" markalı papiroslar, gömrük orqanına bəyan edilməyən 33950 ABŞ dolları və 123500 Rusiya rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR