Tbilisidə bazarda yanğın olub - YENİLƏNİB

Tbilisidə bazarda yanğın olub - <span style="color: red;">YENİLƏNİB
# 17 iyul 2017 15:02 (UTC +04:00)

Tbilisidə “Dezertirka” adlanan bazarda baş vermiş yanğın söndürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanğın nəticəsində 200 kvadratmetr sahə yanıb. Yanğın baş vermiş anbarda plastmas məmulatlar və ərzaqlar saxlanılırmış.

Yanğının baş vermə səbəbləri və dəymiş ziyanın məbləği məlum deyil.

***

16:17

Tbilisidə “Dezertirka” adlanan mərkəzi bazarda yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Fövqəladə halların idarə olunması üzrə xidmətinin məlumatına əsasən, yanğın bazarın ərazisində olan anbarda baş verib.

Hadisə yerinə dörd xilasetmə və səkkiz yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının miqyası və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR