Pekində daşqın və torpaq sürüşməsi təhlükəsi yaranıb

Pekində daşqın və torpaq sürüşməsi təhlükəsi yaranıb
# 13 avqust 2017 10:48 (UTC +04:00)

Bu gün Çin hökuməti cümə günündən davam edən leysan yağışlarla əlaqədar paytaxt Pekində sarı təhlükə səviyyəsi elan edib .

APA-nın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekinin bir sıra rayonlarında subasma, sel ıə torpaq sürüşməsi təhlükəsi var. Hakimiyyət təhlükəsizlik tədbirləri çərçivəsində 184 turist obyektini bağlayıb, o cümlədən Pekin ətrafında Badalin rayonunda Böyük Çin səddinə səfərləri dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR