Barselonada terror aktı nəticəsində 18 ölkədən azı 100 nəfər xəsarət alıb

Barselonada terror aktı nəticəsində 18 ölkədən azı 100 nəfər xəsarət alıb
# 18 avqust 2017 02:23 (UTC +04:00)

Barselonada terror aktı nəticəsində 18 ölkədən 13 nəfər ölüb, azı 100 nəfər xəsarət alıb. APA-nın RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 15 nəfərin vəziyyəti kritikdir. Ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışmada öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR