Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, V. İbrahimovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə Nizami rayonunda, metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən gecə klubunda baş verib.
1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.
Su-tikinti xəstəxanasına aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.