Astarada keçmiş məhkumdan 2 kq narkotik götürülüb

Astarada keçmiş məhkumdan 2 kq narkotik götürülüb
# 13 sentyabr 2017 10:10 (UTC +04:00)

Astarada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Cabbar Muxtarovdan 10 qram marixuana götürülüb.

Onun evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram marixuana aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR