Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
# 21 sentyabr 2017 10:10 (UTC +04:00)

Bakı şəhərində piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. .

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 17-də Xırdalan şəhərində “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Səmayə Ağayeva vurulub və avtomobil qarşıdan gələn, Sənan Əsgərovun idarə etdiyi “Ford” markalı avtomobilə çırpılıb. Nəticədə S. Ağayeva hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi zamanı hadisə yerini tərk etməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Orxan Ruzpeykara tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR