Bakıda bacı-qardaşı öldürən şəxs barəsində ekspertiza təyin edilib

Bakıda bacı-qardaşı öldürən şəxs barəsində ekspertiza təyin edilib
# 12 oktyabr 2017 09:24 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində stasionar kompleks məhkəmə psixiatrik ekspertizası təyin edilib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, bu il aprelin 2-də Keşlə qəsəbəsində Fəridə Qasımovanın meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobildə L. Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR