Hüquq-mühafizə orqanlarının adından külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Hüquq-mühafizə orqanlarının adından külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi başlayıb
# 13 oktyabr 2017 08:59 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda məhkəmə baxış iclasının vaxtı təyin edilib.

Proses oktyabrın 19-da davam edəcək.

Qeyd edək kk, bu il aprel ayında daxili işlər orqanları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

Vətəndaş Asif Əsədullazadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb. Onun yaşadığı evdən hüquq-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR