Tanışının qızıllarını dələduzluq yolu ilə mənimsəyən şəxsə hökm oxunub

Tanışının qızıllarını dələduzluq yolu ilə mənimsəyən şəxsə hökm oxunub
# 13 oktyabr 2017 09:14 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elmir Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, E. Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Abdullayev tanışından dəyəri 22 min manatdan çox olan qızılı satmaq adı ilə alaraq ələ keçirib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR