Cəfər Cabbarlının "Ana" şeirinə bəstələnmiş əsərin təqdimatı keçirilib

Cəfər Cabbarlının "Ana" şeirinə bəstələnmiş əsərin təqdimatı keçirilib
# 13 oktyabr 2017 10:45 (UTC +04:00)

Görkəmli dramaturq Cəfər Cabbarlının "Ana" şeirinə bəstələnmiş əsərin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, musiqi əsəri C. Cabbarlının Ev Muzeyi və "Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım" İctimai Birliyinin birgə layihəsi əsasında hazırlanıb.

Musiqi əsərinin ifaçısı muğam ustadı, xalq artisti Alim Qasımov, bəstəkarı Elçin İmanovdur.

Musiqi Əvəz Muradov tərəfindən aranjeman olunub.

C. Cabbarlının Ev Muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı bildirib ki, "Ana" şeirinin yaranmasından düz bir əsr ötüb: "Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatında görkəmli dramaturq kimi yer tutsa da, o həm də lirik şeirlər müəllifi olub. Cəfər Cabbarlı "Ana" şeirini 1916-ci ildə 17 yaşında ikən qələmə alıb. "Ana" şeiri onun yaradıcılığında xüsusi yer tutur. "Ana" şeiri hazırda ikinci həyatını yaşayır və "Ana" şeirinə maraq ildən ilə daha da artır".

E. İmanov deyib ki, şeirin sözlərinə toxunulmayıb, olduğu kimi saxlanılıb. Bəstəkar qeyd edib ki, musiqi əsərinə klip də çəkilib.

Klipin rejissoru Fuad Təhməzov, operatoru Sənan Eynullayevdir. Daha sonra klipin təqdimatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR