Azərbaycan filmi Seulda keçiriləcək “Dünya Filmləri Həftəsi”ndə nümayiş etdiriləcək

Azərbaycan filmi Seulda keçiriləcək “Dünya Filmləri Həftəsi”ndə nümayiş etdiriləcək
# 13 oktyabr 2017 12:04 (UTC +04:00)

Noyabrın 1-8-də Seulda Koreya Film Arxivinin təşkilatçılığı və Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan, Almaniya, Avstriya, Rusiya, Fransa, Ukrayna, Özbəkistan da daxil olmaqla 25 ölkənin iştirakı ilə “Dünya Filmləri Həftəsi” keçiriləcək.

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan festivalda Asif Rüstəmovun SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən Koreya dilinə subtitrlə tərcümə etdirilmiş “Axınla aşağı” filmi ilə təmsil olunacaq.

Festival 2018-ci il PyonqÇanq Qış Olimpiya oyunları ilə əlaqədar keçiriləcək. Festivalın keçirilməsində məqsəd iştirakçı ölkələrin mədəniyyətlərinin Koreya ictimaiyyətinə tanıdılmasından ibarətdir.

“Dünya Filmləri Həftəsi” ilk dəfə 2016-cı ildə keçirilib, festivalda 9 ölkə iştirak edib.

Azərbaycan bu festivalda ilk dəfə təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR