Bakı Ali Neft Məktəbi ilə Misir Neft Tədqiqatları İnstitutu arasında memorandum imzalanıb

Bakı Ali Neft Məktəbi ilə Misir Neft Tədqiqatları İnstitutu arasında memorandum imzalanıb
# 14 noyabr 2017 08:59 (UTC +04:00)

Bakı Ali Neft Məktəbi (BANM) Misir Neft Tədqiqatları İnstitutu (MNTİ) ilə elm və təhsil sahəsində əməkdaşlığa başlayacaq.

BANM-dən APA-ya bildirilib ki, bu məqsədlə rektor Elmar Qasımov, müəllim-professor heyəti və tələbələrin iştirakı ilə MNTİ-nin direktoru professor Əhməd Məhəmməd Əl-Sabah və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

E Qasımov BANM və MNTİ arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən danışıb və bu yaranmış münasibətdə olan roluna görə Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutuna və onun nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, razılaşmaya əsasən Ali Məktəbin müəllim-professor və tələbə heyəti bu əməkdaşlığın sayəsində neft-kimya, neft emalı, nanotexnologiya və bu istiqamətlərdə layihə və inkişaf proqramları, o cümlədən gələcəkdə doktorantların hazırlanması üzrə bəhrələnə biləcəklər.


Əhməd Məhəmməd Əl-Sabah hər iki ölkə üçün neft sektorunun və bu sahə üzrə araşdırmaların əhəmiyyətindən, daha sonra isə MNTİ-də bu istiqamətdə mümkün olan imkanlardan və şəraitdən danışıb.

Görüşün sonunda Ali Məktəbin professor-müəllim komandası MNTİ-nin müxtəlif şöbələrinin əməkdaşları ilə yaxından tanış olub və bu istiqamətdə fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR