Bu gün Bakının iki qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının iki qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 15 noyabr 2017 07:01 (UTC +04:00)

Bu gün Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.

“Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR