"Müasir Azərbaycan ədəbiyyatı" kitabı Bolqarıstanda nəşr olunub

"Müasir Azərbaycan ədəbiyyatı" kitabı Bolqarıstanda nəşr olunub
# 13 dekabr 2017 12:55 (UTC +04:00)

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Bolqarıstan Yazıçılar Birliyinin birgə hazırladığı “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Bolqarıstanda işıq üzü görüb.


Tərcümə Mərkəzindən APA-ya verilən xəbərə görə, müasir Azərbaycan ədəbiyyatının Yusif Səmədoğlu, Fərman Kərimzadə, Anar, Elçin, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Sabir Rüstəmxanlı kimi ədəbi simalarının şeir və hekayələri toplanmış kitabı bolqar dilinə tanınmış bolqar şair və yazıçıları – Boyan Angelov, Nadya Popova, İvan Yesenski, Dmitri Xristov və İva Nikolova çevirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR