Təşəbbüs qrupu Putinin Rusiya prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyib

Təşəbbüs qrupu Putinin Rusiya prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyib
# 26 dekabr 2017 19:08 (UTC +04:00)

Təşəbbüs qrupu Vladimir Putinin Rusiya prezidentliyin namizədliyini irəli sürüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə qərar təşəbbüs qrupunun bu gün Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən iclasında verilib.

Təşəbbüs qrupunun üzvləri yekdilliklə Vladimir Putinin 2018-ci ilin martın 18-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsini dəstəkləyiblər.

Qeyd edək ki, təşəbbüs qrupuna 600 nəfərə yaxın tanınmış ictimai xadim, elm adamları, incəsənət xadimləri daxildir. Təşəbbüs qrupunu hakim Vahid Rusiya partiyası, Ümumrusiya Xalq Cəbhəsi, "Qələbə Könüllüləri", Rusiya İctimai Palatası dəstəkləyir.

Təşəbbüs qrupu Vladimir Putinin Rusiya prezidentliyinə namizədliyi üçün lazımi sənədləri yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR