Yunanıstanda 4,9 maqnitudalı zəlzələ olub

Yunanıstanda 4,9 maqnitudalı zəlzələ olub
# 31 dekabr 2017 07:09 (UTC +04:00)

Bu gün Yunanıstanda 4,9 maqnitudalı zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 06.02 radələrində baş verən zəlzələnin ocağı Afinadan 81 km uzaqda, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR