Lənkəranda evdə yanğın söndürülüb - YENİLƏNİB

Lənkəranda evdə yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 12 yanvar 2018 11:47 (UTC +04:00)

Lənkəranda fərdi yaşayış evində baş verən yanğının qarşısı alınıb.


APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonu Cil kəndinin sakini Balasi Tağıyevə məxsus 144 kv/m-lik evin 104 kv/m hissəsinin yanar konstruksiyaları yanıb.

Yanğın söndürülüb, evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.


Araşdırma aparılır.

***

13.59

Lənkəran rayonunun Cil kəndində Balasi Tağıyevə məxsus fərdi yaşayış evi yanır.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerinə FHN-nin 3 yanğınsöndürən maşını cəlb edilib.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR