Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları həcmi artıb

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları həcmi artıb
# 14 fevral 2018 09:12 (UTC +04:00)

2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52 733,2 min ton, yük dövriyyəsi isə 11 427,3 milyon ton-km olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 32235,7 min tonu və ya 61,1%-i avtomobil nəqliyyatı, 13074,2 min tonu və ya 24,8%-i dəmir yolu nəqliyyatı, 7423,3 min tonu və ya 14,1%-i dəniz nəqliyyatı ilə daşınıb. 2016-cı illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,8% artım müşahidə edilib.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 10186,6 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR