Moskvada Lavrov və Çavuşoğlu arasında görüş keçirilir

Moskvada Lavrov və Çavuşoğlu arasında görüş keçirilir
# 14 mart 2018 09:41 (UTC +04:00)

Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşün əvvəlində çıxış edən S. Lavrov Birgə Strateji Planlaşdırma Qrupunun 6-cı iclasının keçirildiyini söyləyib. O, iclasın Türkiyədə iki ölkə dövlət başçısının rəhbərliyi ilə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıq məqsədi daşıdığını deyib.


S. Lavrov görüşdə iki ölkə arasında münasibətlər və Suriya münaqişəsinin əsas müzakirə mövzusu olacağını bildirib: "Təbii ki, Suriya münaqişəsini müzakirə edəcəyik. Rusiya Türkiyə və İranla birlikdə Suriya münaqişəsinin həllində Astana prosesini başladıb".


Rusiya XİN başçısı türkiyəli həmkarı ilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynadakı vəziyyəti müzakirə edəcəklərini də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR