Mingəçevirdə xeyli sayda hərbi sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən Şəfa bağlar sahəsində nömrəsi silinmiş “Karabin” markalı tüfəng, 3 ədəd patron darağı, 2 ədəd “F-1” markalı qumbara, 2 ədəd qumbara alışdırıcısı və 101 ədəd müxtəlif çaplı patron aşkarlanıb.
Bundan başqa Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Mehman Hüseynovdan “İJ-16” markalı tüfəng götürülüb.