"Ermənistanda daxili qarşıdurma uzun müddət davam edəcək".
APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, Ermənistanda tənəzzül bu qarşıdurmalara gətirib çıxarıb: "Çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasəti davam etdirəcək, erməni xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq".