“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski Bakıdakı evində vəfat edib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Rauf Talışinskinin evinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski də hadisə yerindədir.
Jurnalistin nəşi müayinə olunmaq üçün morqa aparılıb.
Yaxınlarının bildirdiyinə görə, o, hadisə vaxtı evdə tək olub. Səhər evə gələn xadimə onun meyitini aşkarlayıb.