Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında Razılaşma Protokolu imzalanıb.
"APA-Economics" xəbər verir ki, protokolu "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov və Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədov imzalayıb.
Protokolda hər iki qurum arasında birgə əməkdaşlıq, ixtisaslı kadrların hazırlanması nəzərdə tutulub.