"Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Azərbaycana etdiyi səfər təsadüfi deyil. Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk rəsmi səfərini hər zaman olduğu kimi, Azərbaycana etdi. Bu, ənənələrə uyğun səfərdir".
APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) "Milli Meşə Proqramının yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması" mövzusunda keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev də növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib: "Prezidentlərin səfərləri Türkiyə və Azərbaycan arasında çox mühüm ənənə halını alıb".
Birlikdə olacaqları təqdirdə Türkiyə və Azərbaycanın daha da güclü olacağını vurğulayan E. Özoral qeyd edib ki, ölkəsi meşəçilik sahəsində də Azərbaycana dəstək verməyə hazırdır.
Səfir: "Türkiyə və Azərbaycan prezidentlərinin səfərləri çox mühüm ənənə halını alıb"
11 iyul 2018 08:11 (UTC +04:00)
Xarici siyasət
Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
16:03
7 may 2024
Argentina Azərbaycan və Ermənistan arasında delimitasiya prosesini alqışlayır
14:52
7 may 2024
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işləri ilə tanış olub
14:49
7 may 2024
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər
14:36
7 may 2024