"Bank Melli İran Baku"nun bölüşdürülməmiş zərəri 29 mln. manata çatır

"Bank Melli İran Baku"nun bölüşdürülməmiş zərəri 29 mln. manata çatır
# 24 iyul 2017 12:29 (UTC +04:00)

"Bank Melli İran Baku" 2017-ci ilin ilk yarını 750,502 min manat məbləğində mənfəətlə başa vurub.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2017-ci ilin iyunun 30-na bankın bölüşdürülməmiş zərəri 28 mln. 790,624 min manat təşkil edib.

Hesabat dövründə bankın aktivləri 12,20% azalaraq 87,641 mln. manata enib. Bankın kredit portfeli isə 53,24% azalaraq 4,511 mln. manat təşkil edib.


Bankın depozit portfeli 13,52% artaraq 2,216 mln. manat çatıb. Hesabat dövrünün sonuna bankın öhdəlikləri 48,17% azalaraq 25,279 mln. manat təşkil edib. Bankın maliyyə institutları qarşısında 22,958 mln. manat məbləğində öhdəliyi var.

"Bank Melli İran Baku"nun nizamnamə kapitalı 43,12% artaraq 73,611 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR