Cəmşid Hənifəyev işdən çıxarılıb

Cəmşid Hənifəyev işdən çıxarılıb
# 25 fevral 2019 18:38 (UTC +04:00)

Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işdən çıxarılıb.

ONA-nın məlumatına görə, bunla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini polis kapitanı Ramiq Rzayev icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR