Goranboy rayon sakini döyülüb.
APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Borsunlu kənd sakini, 1967-ci il təvəllüdlü Alıyev Elbrus Şamil oğlu bədənin müxtəlif hissələrinin kəsilmiş xəsarətləri ilə
Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta- ağır qiymətləndirilir.
E. Alıyev kənddə döyüldüyünü və xəsarətlər yetirildiyini deyib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.